ADİU-nun TEMPUS UNIVIA layihəsi çərçivəsində növbəti tədbir keçirilib

12 İYUN 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS UNIVIA layihəsi çərçivəsində 25 may -7 iyun tarixlərində Layihənin Avropa tərəfdaşlarından olan Böyük Britaniyanın Uorvik Universitetində təlim-seminar keçirilib.

İki həftəlik təlim-seminarda Layihənin tərəfdaşları olan Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Kiyev Milli İqtisadiyyat Universiteti (Ukrayna), Qırğızıstan İqtisad Universiteti (Qırğızıstan) və Kujand Dövlət Universitetinin (Tacikistan) müvafiq əməkdaşları iştirak edib.

Tədbirdə Layihənin koordinatoru olan ADİU-nu Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Şahin Bayramov təmsil edib. Uorvik Universitetinin Beynəlxalq əlaqələr ofisi və Tətbiqi Linqvistika Mərkəzi tərəfindən birgə təşkil edilən seminarda beynəlxalq əlaqələrin təşkili mexanizmi, tərəfdaş universitetlərin seçilməsi meyarları, tələbə və müəllim mübadiləsinin reallaşdırılması təcrübəsi, əcnəbi tələbələrin cəlb edilməsi, universitetin beynəlxalq arenada uğurlu təbliğatı, marketinq tədbirləri, effektiv veb-sayt və sosial media fəaliyyəti, beynəlxalq təhsil layihələrində iştirak və digər istiqamətlər üzrə mühazirələr oxunub və müzakirələr aparılıb.

Seminar müddətində Ş.Bayramov Uorvik Universitetinin İqtisadiyyat departamentinin rəhbəri, professor Abhinay Muthoo və Professional Təhsil Mərkəzinin ixtisasartırma üzrə rəhbəri Rachael Svann ilə ikitərəfli görüşlər keçirib və ADİU ilə potensial əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Ş.Bayramov dünya universitetlərinin reytinq sıralaması ilə məşğul olan QS təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Zoya Zayttseva ilə ADİU-nu sözügedən reytinq siyahısına daxil olması imkanlarını müzakirə edib.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - istanbul escort - deneme bonusu - sahabet - onwin - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - Postegro - grandpashabet - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Blackxbet - Tophillbet - Tipo90 - Routebet