Sentyabrın 22-də Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dəyirmi masa keçirilib.
Mərkəzi və Qərbi Asiya regionunda torpaqların birləşdirilməsi və yenidən istismarı üzrə koordinator, qiymətləndirmə üzrə ekspert Mayk Makdermot UNEC-in professor-müəllim heyəti, bakalavr və magistrları ilə görüşüb. Ekspert daşınmaz əmlakın və torpaq sahələrinin qiymətləndirilməsi mövzusu ilə çıxış edib. M.Makdermot Asiya İnkişaf Bankının Maliyyə Nazirliyinin sifarişi ilə hazırladığı qiymətləndirmənin aparılması metodikası barədə məlumat verib.
Dəyirmi masada əmlakın və torpaq sahələrinin qiymətləndirilməsi məsələləri müzakirə olunub, by sahənin aktual mövzuları haqqında geniş fikir mübadiləsi aparılıb.