Dekan:
tex.e.n., dos. Səmədov Elçin Ələsgər oğlu

Əlaqə telefonu: +(994) 12 492-59-03 (13-23)

e-mail: [email protected]

Dekan müavini:
Sevinc Abdullayeva Müseyib

Əlaqə telefonu: +(994) 12 492-59-03 (13-31)

muhh979e6dab8e0eb9b28

Fakültə haqqında

Mühəndislik fakültəsi texnologiya və iqtisadiyyatın vəhdətinə əsaslanan mühəndis kadrlarının hazırlanmasını həyata keçirən ixtisaslaşmış fakültədir. Məqsəd texniki bilikləri iqtisadi təhlil və idarəetmə bacarıqları ilə birləşdirə bilən peşəkar mühəndislər yetişdirməkdir.

1930-cu illərdə Sovet ticarəti adı ilə  yaradılıb və müxtəlif illərdə  Əmtəəşünaslıq,  Ekspertiza və Standartlaşdırma, Texnologiya və Dizayn fakültələri kimi fəaliyyət göstərib.

UNEC-in Elmi Şurasının qərarına əsasən 19.10.2020-ci il tarixində “Ekspertiza və standartlaşdırma” fakültəsi ləğv edilərək onun bazasında “Mühəndislik” fakültəsi yaradılmışdır. 19.10.2020-ci il tarixindən Mühəndislik fakültəsinin nəzdində “Mühəndislik və tətbiqi elmlər” kafedrası fəaliyyət göstərir.

2025-ci ildə Sənaye mühəndisliyi, Qida mühəndisliyi, Materiallar mühəndisliyi, Ekologiya mühəndisliyi, Maşın mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə fakültəyə 351 tələbə qəbul olunub. Ən yüksək nəticə Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə 605,5 bal olub. 2024-cü ildə UNEC ilə Ege Universitetinin Qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına 20 tələbə qəbul olunub. 2023-cü ildə bu proqram üzrə qəbul olunan III və 2024-cü ildə qəbul olunan II kurs tələbələri hazırda Eğe Universitetində təhsillərini davam etdirirlər.

Fakültənin tarixi

*

Hazırda fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:

Təhsilin I və II illəri üzrə:

Materiallar mühəndisliyi

Ekologiya mühəndisliyi

Qida mühəndisliyi

Qida mühəndisliyi (Ege universiteti ilə ikili diplom)

Sənaye mühəndisliyi

Elektrik və elektronika mühəndisliyi

Maşın mühəndisliyi

*

Təhsilin III və IV illəri üzrə:

7.050644 – İstehlak mallarının ekspertizası və marketinqi

8.050647 – Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi

9.050642- Qida məhsulları mühəndisliyi

10.050643- Çoxişlənən malların texnologiyası mühəndisliyi

11.050625- Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

*

Fakültə üzrə təhkim edilən kafedra:

Mühəndislik və tətbiqi elmlər

UNEC-in Elmi Şurasının 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ 173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə UNEC-də “Mühəndislik” və “Rəqəmsal iqtisadiyyat” fakültələrinə xidmət edən aşağıda adları göstərilən laboratoriyalar yaradılmışdır:

– “Qida kimyası və mikrobiologiya” laboratoriyası;

– “Qida texnologiyaları” laboratoriyası;

– “Ekologiya” laboratoriyası;

– “Fizika 1” laboratoriyası;

– “Fizika 2” laboratoriyası;

– “Kimya 1” laboratoriyası;

– “Kimya 2” laboratoriyası;

– “Elektronika” laboratoriyası;

– “Elektrotexnika” laboratoriyası;

– “Materialşünaslıq” laboratoriyası;

– “Kommunikasiya sistem mühəndisliyi” laboratoriyası;

– “Maşın və sənaye mühəndisliyi” laboratoriyası;

– 2 “Komputer” laboratoriyası.

 

UNEC-də “Mühəndislik” və “Rəqəmsal iqtisadiyyat” fakültələrinin nəzdində yaradılan laboratoriyaların işinin səmərəli idarə edilməsinin təmin olunması üçün “Laboratoriyaların işinin təşkili mərkəzi” yaradılmışdır.

*
Ünvan: Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris Binası)

 

Mühəndislik fakültəsinin xəbərləri UNEC NEWS-da