Azərbaycan Dövlət İqtisad Universitetindən yeni təyinat

01 SENTYABR 2015 | VIEWS:

Shaig_Asgarov - копия - копияİqtisad elmləri namizədi, dosent Şaiq Əhəd oğlu Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetinin İnzibati və təşkilati məsələlər üzrə prorektoru təyin olunub.

1992-ci ildə Bakı Dövlət Universitetinin «Jurnalistika», 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Xarici iqtisadi əlaqələrin təşkili və dövlət tənzimlənməsi», 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və bələdiyyə idarəetməsi» ixtisaslarını müvəffəqiyyətlə bitirmişdir. Ş.Əsgərov Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu uğurla yekunlaşdırmışdır.

Şaiq Əsgərov 2007-ci ildə “Elektron informasiya vasitələrində reklam bazarının marketinq tədqiqi və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya müdafiə etmiş və Ali Attestasiya Komissiyasının 10 iyul 2007-ci il tarixli 24-k saylı qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi, 9 aprel 2013-cü il tarixli 10-k saylı qərarı əsasında isə dosent elmi adı verilmişdir. Dissertasiya işinin mövzusu üzrə onun 16 elmi əsəri, o cümlədən 14 məqaləsi, 1 dərsliyi (1 fəsil) və 1 metodiki vəsaiti çap olunmuşdur.

Elmi-tədqiqat və tədris işləri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin «Ticarət» kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

2001-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.

2006-2015-cı illərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini olmuşdur. 2007-ci ildən Respublika Təhsil Şurası İdarə Heyətinin üzvüdür.

Azərbaycan Dövlət İqtisad Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən Dissertasiya şurasının üzvüdür.

Şaiq Əsgərov işlədiyi müddətdə iqtisadi biliklərin təbliği və bir sıra sosial-ictimai sahədə göstərdiyi xidmətlərə və şəxsi yaradıcılıq uğurlarına görə «Azərbaycan bayrağı» diplomuna, «Nurlu qələm ustası» mükafatına layiq görülmüş, Təhsil Nazirliyinin və AHİK-in Fəxri Fərmanlarına, «Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi» döş nişanına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2013-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol