Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması heç kim üçün sürpriz olmadı. Bu sözləri UNEC eksperti, dosent Elşən Bağırzadə Azərbaycan Dövlət Televiziyasında efirə gedən “Səhər” proqramında qonaq olarkən bildirib. E.Bağırzadə Azərbaycan iqtisadiyyatının yerləşdiyi regionun ən rəqabətli iqtisadiyyatı olduğunu diqqətə çatdırıb.
Verilişin videoyazısını təqdim edirik.