10 may 1941-ci ildə Qasım İsmayılov rayonu (indiki Goranboy) Xanqərvənd kəndində anadan olmuşdur.
1962-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) biologiya fakültəsinə daxil olmuşdur.
1963-1966-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
1966-1970-ci illərdə ADU-nun biologiya fakültəsində təhsilini davam etdirmiş, 1970-ci ildə həmin fakültəni bitirmişdir. 1970-1972-ci illərdə ADU-nun «Onurğasızlar zoologiyası» kafedrasında təyinata əsasən laborant və baş laborant işləmişdir. 1972-1975-ci illərdə Azərbaycan elmi-tədqiqat tərəvəzçilik institutunda əyani şöbədə aspiranturada oxumuş, 1978-ci il 18 mayda elmlər namizədi alimlik dərəcəsi almaq üçün namizədlik işini müdəfiə etmişdir. Biologiya elmləri namizədidr.
1975-1992-ci illərdə müxtəlif Elmi-Tədqiqat institutlarında kiçik elmi işçi, baş elmi işçi, biolaboratoriya direktoru, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1995-ci ilin sentyabrından Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunda dosent vəzifəsinə seçilmişdir.
2000-2015-ci illərdə Azərbaycan Dövlət iqtisad Universitetində işləyib. «İstehlak mallarının ekspertizası» kafedrasının dosenti olub.
Elmi-pedaqoji fəaliyyəti dövründə 75-dən çox elmi əsər, o cümlədən 1 dərslik, 2 kitab, 16 tədris-metodiki vəsait və proqram nəşr etdirmişdir.