1952-ci ildə Bakı şəhəri, Oktyabr rayonunda yerləşən 172 nömrəli məktəbə daxil olmuş və 1963-cü ildə həmin məktəbi bitirmişdir.
1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Əmtəəşünaslıq fakültəsinə daxil olmuş, 1968-ci ildə institutu Ərzaq malları əmtəəşünaslığı və ticarətinin təşkili ixtisası üzrə bitirimişdir.
*
1968-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) «Ərzaq malları əmtəəşünaslığı» kafedrasında laborant, 1969-cu ildə assistent, 1984-cü ildən baş müəllim vəzifəsində işləmişdir.
2015-ci ilə kimi «İstehlak mallarının ekspertizası» kafedrasının baş müəllimi vəzifəsində işləyib.
34-dən çox elmi əsəri, o cümlədən 1 fənn proqramı, 2 metodik göstərişi çap edilmişdir.