1947-1957-ci illərdə orta məktəbi qurtardıqdan sonra həmin ildə Bakı 1 saylı Tibb Texnikumuna daxil olmuşdur. Texnikumu bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Əmtəəşünaslıq fakültəsinə daxil olmuşdur.
1965-ci ildə həmin universiteti bitirmişdir.
*
1966-cı ildə D. Bünyadzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Ərzaq malları” kafedrasında baş laborant, sonra 1967-ci ildən həmin kafedrada müəllim vəzifəsində çalışmışdır. 1971-1973-cü illər ərzində «Ərzaq malları əmtəəşünaslığı» kafedrasında əyani aspirant olmuşdur.
2015-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin «Ərzaq malları əmtəəşünaslığı və ekspertizası» kafedrasında baş müəllim vəzifəsində çalışıb.
35-dən çox elmi əsəri, o cümlədən 1 fənn proqramı, 2 metodik göstərişi çap edilmişdir.