Thomson Reytors beynəlxalq informasiya aqentliyinin Elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin Tədris şöbəsinin müdiri Valeriy Boqorov Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) seminar keçib.
UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin, Texnologiya Transfer mərkəzinin, İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinin, “İnformasiya iqtisadiyyatı və texnologiyaları” və “İnformatika” kafedrasının əməkdaşları üçün keçirilən seminar “Web of Science” mövzusunda olub. V.Boqorov bildirib ki, “Web of Science” ən böyük bibliometrik resurs baza kimi elm və təhsil sahəsində fəaliyyət göstərən tədqiqatçıların elmi məqalələrinin yayılmasına və reytinqin müəyyənləşdirilməsinə xidmət edir.
Qeyd edək ki, “Web of Science” bibliometrik resurs bazasına dünya elmində ən məşhur yüksək İmpakt –faktoru olan jurnallar daxildir. UNEC-in “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının Thomson Reytors beynəlxalq informasiya aqentliyinin “Web of Science” jurnallar bazasının “Emergins resurs” hissəsinə əlavə olunması gözlənilir.