Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində Xocalı soyqırımının 24 illiyinə həsr olunan təbdir keçirilib. Tədbirdə soyqırım qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı, dosent Mənsur Bərxudarov Xocalı faciəsini XX əsrin Azərbaycan tarixində ən ağır faciə kimi səciyyələndirib. Azərbaycan Televiziyasının (AzTV) maarifləndirmə şöbəsinin rejissoru Sefo Abbasov bildirib ki, Azərbaycan xalqı başını dik tutmalı və erməni qəsbkarlarına qalib gəlməlidir.
Daha sonra I kurs tələbələri Xocalı faciəsinin əsas icmalı və strateji mövqe kimi, ”Memorial” hüquq müdafiə mərkəzinin Xocalı faciəsi haqqında hesabatı, Xocalı hadisəsinin Beynəlxalq aləmdə tanınması kimi mövzularda məruzə ilə çıxış edib.