Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyevanın moderatorluğu və Ülviyyə Məmmədovanın katibliyi ilə keçirilən bölmə iclası “Rəqəmsal iqtisadiyyatın inkişafının beynəlxalq aspektləri” mövzusunda olub. Bölmədə Polşa Elmlər Akademiyasının akademiki Yanuş Kepçik, Macarıstanın Obuda Universitetinin dekanı prof. Garai-Fodor Monika, Gürcüstanın St. Andrey Universitetinin professoru İza Gigauri, Gürcüstan Universitetinin dosenti Natia Surmanidze və Latviya Universitetinin Mühasibat və maliyyə kafedrasının müdiri professor Ramona-Apoga Rupeika fəxro qonaq qismində iştirak ediblər.
Konfransa tezisi qəbul olunmuş UNEC, Milli Observatoriya, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Turizm və Menecment Universitetindən olan 25 tədqiqatçı bölmə iclasında mövzu üzrə maraqlı çıxışlar ediblər, həmçinin müzakirələr aparıblar.
*
https://news.unec.edu.az/xeber/100-elm/10856-beynelxalg-konfransin-bolme-iclasi-regemsal-igtisadiyyatin-inkishafinin-beynelxalg-aspektleri