Kafedra müdiri: prof. Şəkərəliyev Arif Şəkərəli oğluÜnvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus) |
UNEC-də dəyirmi masa: “Müasir makroiqtisadi gerçəklik şəraitində ixrac yönümlü klasterləşdirmə” (18.12.2015)
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda gömrük işinin təşkili sahəsində və iqtisadi təhlükəsizliyinin təmin edilməsində kadrların hazırlanmasına böyük ehtiyac yaranmağa başladı. Bu məqsədlə 08 iyun 2001-ci ildə “Gömrük işinin təşkili” kafedrası yaradıldı. 2 sentyabr 2009-cu il tarixdə “Beynəlxalq ticarət” və “Gömrük işinin təşkili” kafedraları ləğv edilərək onların bazasında “Beynəlxalq ticarət və gömrük işi” kafedrası yaradıldı.
Kafedranın əməkdaşları tərəfindən 20-dən çox dərslik, dərs vəsaiti, monoqrafiya və metodiki vəsaitlər çap edilmişdir. “Gömrük işinin təşkili”, “Gömrük ekspertizası”, “Xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi”, “Azərbaycanın gömrük tarixi” fənlərindən dərsliklər hazırlanmış və tələbələrin ixtiyarına verilmişdir. Kafedrada elmi-tədqiqat işlərinə də xüsusi diqqət yetirilir. Kafedranın əməkdaşları «Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin müasir problemləri» və «Azərbaycanın ixrac potensialından istifadənin tənzimlənməsini problemləri» mövzuları üzrə dövlət büdcəli elmi-tədqiqat işlərini yerinə yetirmişlər.
Kafedranın nəzdində “Gömrük işinin təşkili”, “Gömrük ekspertizası” fənlərinin tədrisi üzrə laboratoriya fəaliyyət göstərir.
İxtisaslar:
Tədris olunan əsas fənlər:
“Beynəlxalq ticarət və gömrük işi” kafedrası üzrə MÜHAZİRƏ MƏTNLƏRİ
“Beynəlxalq ticarət və gömrük işi” kafedrası üzrə DƏRSLİKLƏR
“Beynəlxalq ticarət və gömrük işi” kafedrası üzrə FƏNN PROQRAMLARI