BMT Baş katibinin müavini UNEC-də

03 FEVRAL 2016 | VIEWS:

BMT Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) içraçı katibi xanım Şamşad Axtar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Ş.Axtarın iştirakı ilə keçirilən sessiyada UNEC-in rektoru, professor Ədalət Muradov iştirakçılara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC ölkə xaricində filialı olan yeganə ali təhsil ocağıdır. Universitetin hədəflərinı açıqlayan rektor UNEC-in Webometrics reytinqinə görə Azərbaycan universitetləri arasında birinci yerdə olduğu qeyd edib. Bu gün isə UNEC-in QS reytinqinə düşməsi istiqamətində işlər görüldüyünü diqqətə çatdırıb.

İqtisad Universitetində olduğundan məmnunluğunu bildirən xanım Şamşad Axtar UNEC-dəki yenilikləri yüksək qiymətləndirib. Ş.Axtar regiondakı hazırki iqtisadi vəziyyətin perspektivləri barədə danışıb. Ölkələr üzrə real ÜDM və inflyasiya haqqında məlumat verib. BMT-nin 2030-cu il üçün davamlı inkişaf gündəliyinı açıqlayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının sosial siyasətinin əsas istiqamətlərindən danışıb. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fariz Rzayev təhsildə beynəlxalq əlaqələrin rolunu vurğulayaraq, dünya səviyyəli təhsilin ölkəyə gətirilməsində bunun əhəmiyyətini qeyd edib. Sessiyada dövlət qurumları və özəl sektorun nümayəndələri, eyni zamanda UNEC-in professor-müəllim heyəti iştirak edib.

Sessiyadan sonra xanım Ş.Axtarla UNEC rektoru Ə.Muradovun görüşü olub. Görüşdə birgə əməkdaşlıq, gələcək perspektivlər barədə danışılıb. UNEC-də UNESCAP-in beynəlxalq ticarət üzrə mərkəzinin yaradılması, tələbələrin UNESCAP Katibliyində, yaxud UNESCAP-ın Almatı şəhərində yerləşən Şimali və Mərkəzi Asiya üçün sub-regional ofisində təcrübə keçmələri, UNESCAP Katibliyi tərəfindən nəşrlərin UNEC-in kitabxanasına töhfə edilməsi və digər məsələlər müzakirə edilib. Tərəflər uyğun mövzular üzrə birgə tədqiqat layihələrinin həyata keçirilməsi və UNEC-in professor-müəllim heyətinin UNESCAP-in tədbirlərinə dəvət olunması haqqında fikir mübadiləsi aparıblar.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol