Qərbi Avropanın ən qədim iqtisadiyyat yönümlü ali təhsil müəssisəsi sayılan İtaliyanın Luigi Bokkoni Universitetinin Beynəlxalq əlaqələr və marketing departamentinin əməkdaşları Dr. Bruno Mariani və Dr. Alessia Marçesetti UNEC-in qonaqları olublar. Görüş zamanı UNEC və Luigi Bokkoni Universiteti arasında tələbə mübadiləsi, ikili diplom proqramlarının hazırlanması ilə əlaqədar geniş fikir mübadiləsi aparılmış və əməkdaşlığın konkret istiqamətləri müəyyənləşdirilmişdir. UNEC haqqında geniş məlumat alan italiyalı qonaqlar sonra Beynəlxalq İqtisadiyyat Məktəbinin fəaliyyəti ilə tanış oldular.