Maliyyə və mühasibat fakültəsinin tələbələrinin test imtahalarında iştirak edən jurnalist UNEC-də yaradılan “Qərargah”ın fəaliyyəti ilə də tanış olub. Sonda jurnalist öz təəssüratlarını unec.edu.az saytı ilə bölüşüb: “Tələbələr çox rahat şəkildə imtahan verirdilər. Heç bir gərginlik, narahatlıq müşahidə etmədim. Tələbələr kompüter vasitəsi ilə 50 sualı cavablandırıb, elə oradaca öz nəticəsini bilirdilər. Məlum olurdu ki, imtahanlara hazırlıq səviyyələri yüksəkdir. UNEC tələbələri ilə söhbət də etdim. Onların özlərinə inamı, potensiallarına bələd olmaları çox xoşuma gəldi. Bütün bunlar bir gənc üçün çox müsbət xüsusiyyətdir.
Eyni zamanda “Qərargah”ın fəaliyyəti ilə də tanış oldum. “Qərargah”lar bütün tədris binalarında yaradıldığından müraciət edənlər arasında sıxlıq müşahidə edilmir”.