Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbənin Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən təxribatla bağlı müraciəti
Biz – Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bir qrup əcnəbi tələbə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həyatını itirməsi və Sərvinaz Quliyevanın yaralanması ilə nəticələnən hadisədən çox sarsıldıq. Xüsusən 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi insanlığın faciəvi dramıdır. Bu hadisə bizə 3 ay bundan öncə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfərimiz zamanı vaxtı ilə orada dağılmış evləri, həyət-bacaya səpələnmiş uşaq oyuncaqlarını görərkən keçirdiyimiz hissləri bir daha yaşatdı.
Eyni zamanda kəndin yenidən bərpa olunaraq mülki əhalinin yaşaması üçün hər cür şəraitin yaradılması bizdə sülhə, dinc birgə yaşayışa inam hissi yaratmışdı. Bu inam Cocuq Mərcanlıda bünövrəsi qoyulan yaşayış evləri, məktəb binası ilə tanış olarkən daha da möhkəmlənmişdi.
Ancaq təəssüf edirik ki, dünyanın ən möhtəşəm himni olan körpə qığıltısını Alxanlı kəndində atəş saçan silahların səsi susdurdu, dünyanın ən böyük sevincini bizə bəxş edən məsum uşaq təbəssümünü insanı sarsıdan tablo əvəz etdi. 2 yaşlı Zəhranın ürək ağrıdan bu tablosu yaddaşımızdan heç zaman silinməyəcək.
Biz Zəhranı qətl edənlərin tezliklə mühakimə olunmasını istəyirik.
1. | Dettmann Tim Ferdinand | Almaniya | Azərbaycan Dövlət İqtisad Universiteti |
2. | Cahanger S.M. Rashed | Banqladeş | Azərbaycan Dövlət İqtisad Universiteti |
3. | Fayehun Tomiva Samuel | Nigeriya | Azərbaycan Dövlət İqtisad Universiteti |
4. | Ebrima Gomez | Qambiya | Azərbaycan Dövlət İqtisad Universiteti |
5. | Shmidt Janna Alibekovna | Qırğızıstan | Azərbaycan Dövlət İqtisad Universiteti |
6. | Tinodashe Shoho Garreth | Zimbabve | Azərbaycan Dövlət İqtisad Universiteti |
7. | Hakimova Parvina Hakimcan | Tacikistan | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
8. | Akar Sinan Can Mehmet | Türkiyə | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
9. | Max Elmar Ali-zade | Böyük Britaniya | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
10. | Ying Ding | Çin | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
11. | Guoqing Zhang | Çin | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
12. | İbrahim Halil Yentur Ahmet | Türkiyə | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
13. | Elina Mourantova | Yunanıstan | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
14. | Kanu Abass Bomboli | Syerra Leone | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
15. | Belorus Tatyana İvanovna | Ukrayna | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
16. | Bhatti Muhammad N. | Pakistan | Azərbaycan Texniki Universiteti |
17. | K.M Mamun | Banqladeş | Azərbaycan Texniki Universiteti |
18. | Mahmood Athar Azhar | Pakistan | Bakı Dövlət Universiteti |
19. | Stiniguta-Laslo Ella Petruta | Rumıniya | Bakı Dövlət Universiteti |