25 iyul 1978-ci ildə Bakı şəhərində anadan olub.
1995-1999-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya və BİM fakültəsində təhsil alıb.
1999-2001-ci illərdə həmin universitetin magistraturasında təhsil alaraq fərqlənmə diplomu ilə bitirib.
*
2001-ci ildən İqtisad Universitetinin “Marketinq” kafedrasında baş laborant, müəllim vəzifələrində çalışmışdır.
2002-ci ildən İqtisad Universitetinin dissertantı olub.
2017-ci ilə kimi UNEC-in “Marketinq” kafedrasının müəllimi vəzifəsində işləyib.
2017-ci ilin sentyabrından 14.10.2021-ci il tarixə kimi UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının müəllimi olub.
2017-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
30-dan artıq elmi-metodiki əsərin, “Marketinqin kommunikasiya sistemi ” və “Marketinqin kommunikasiya strategiyaları” fənn proqramlarının müəllifidir.
Rusiyada və Türkiyədə keçirilən beynəlxalq konfrans və simpoziumların iştirakçısı və məruzəçisidir.
Tədris etdiyi fənnlər:
Bakalavr pilləsində: “Marketinq”, “Marketinqin kommunikasiya sistemi”
Sabah qruplarında: “Marketinq”.
Yerinə yetirdiyi tədris-metodiki vəsaitlər:
“Marketinqin əsasları” (bakalavr) metodik göstəriş, AzDİU.
“Marketinqin kommunikasiya sistemi” (bakalavr) , «İqtisad Universiteti» nəşriyyatı (dos. A.S.Aşurov )
“Marketinqin kommunikasiya strategiyaları” (magistr hazırlığı), «İqtisad Universiteti» nəşriyyatı, (dos. A.S.Aşurov)