28 yanvar 1978-ci ildə anadan olmuşdur.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) bakalavr pilləsini;
1999-cu ildə həmin institutun magistratura şöbəsinin “İşçi heyətinin idarəedilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını əla qiymətlərlə (fərqlənmə diplomu) başa vurmuşdur.
*
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında əmək fəaliyyətinə başlamışdır.
“Müəssisə gəlirlərinin formalaşması və bölüşdürülməsində işçi heyətinin iştirakı və onun sosial-iqtisadi problemləri” mövzusunda namizədlik dissertasiyası üzrə elmi-tədqiqat işləri aparmışdır. Müxtəlif elmi-praktiki konfransların iştirakçısı və məruzəçisi olmuşdur.
Müxtəlif dövrlərdə İrlandiya, Rumıniya, Misir, Türkiyə, Koreya və s. ölkələrdə iqtisadiyyat və idarəetmə üzrə təlim səfərlərinin, o cümlədən 2007-ci ildə Yaponiyada “Biznes menecmenti” üzrə təlim kursunun iştirakçısı olmuşdur.
Evlidir.