1976-cı il yanvarın 1-də anadan olub.
1982-1992-ci illərdə Bakının 161 saylı orta məktəbində təhsil alıb.
1992-1997-ci llərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə şöbəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
1997-2000-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Humanitar elmlər” kafedrasında müəllim işləyib.
*
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Fəlsəfə” kafedrasında müəllim vəzifəsində çalışıb.
2003-cü və 2009-cu illərdə Müəllimlərin Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kurslarını keçib.
Elmi fəaliyyəti dövründə plan üzrə nəzərdə tutulan elmi-tədqiqat işlərini hazırlayıb, eləcə də imtahan test suallarının hazırlanmasında iştirak edib. Həmçinin kafedra əməkdaşları ilə birlikdə Fəlsəfə fənni üzrə metodiki iş hazırlayıb.