Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) həyata keçirilən dəyişikliklərin əsasını obyektivlik və şəffaflığın təmin edilməsi təşkil edir. Bu baxımdan UNEC-də növbəti bir yeniliyə imza atılmışdır.
Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının qərarına əsasən Universitetin 2014-cü il üzrə maliyyə hesabatlarının auditi həyata keçirilmişdir.
Audit dünyada böyük nüfuza malik olan Ernst & Young şirkəti tərəfindən aparılmışdır.
Ernst &Young Azərbaycan Dövlət İqtisad Universitetinin 2014-cü il üçün maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələri haqqında hesabat, xalis aktivlərdə dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat, habelə mühüm mühasibat uçotu prinsipləri və digər izahedici qeydlərin icmalından ibarət olan ilkin maliyyə hesabatlarının auditini aparmışdır.Audit Beynəlxalq Audit Standartlarına uyğun olaraq həyata keçirilmişdir.
Auditin nəticələrinə əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin2014-cü il üçün maliyyə hesabatlarına müsbət rəy verilmişdir.
Ernst & Young-ın yekun rəyinə əsasən, UNEC-in 31 dekabr 2014-cü il tarixinə və həmin tarixdə başa çatan il üzrə ilkin maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”na tam uyğun hesabatlardır.