Çağdaş dünyada sahibkarlıq fəaliyyəti sahəsində nailiyyətlər hər şeydən əvvəl, bazar tələblərinin dərk edilməsi və öyrənilməsi, istehlakçı sifarişlərinə vaxtında və dəqiq reaksiya verilməsi, əmtəə və xidmətlərə sabit tələbin forma-laşdırılması və yüksək rəqabətqabiliyyətliliyinin təmin edilməsi bacarığından asılıdır. Heç bir iqtisad yönümlü ixtisas optimal qərarların əsaslandırılmasının riyazi metodlarından istehlakçı psixologiyasının incəliklərinə, yeni informa-siya texnologiyalarından müasir dəb və dizayn məlumatlarına kimi marketinq qədər hərtərəfli bilik tələb etmir. Buna görə də geniş dünyagörüşə malik marketoloqların bu gün firma və şirkətlərdə vitse-prezident və daha yüksək vəzifələr tutmaları heç də təsadüfü deyil. Respublikanın əmək bazarının tədqiqi göstərir ki, son dövrlərdə marketinq mütəxəssislərinə tələbat olduqca yüksəkdir.
Gələcək marketoloqların əsas funksiyası:
*
Peşəkar fəaliyyət sahələri
Marketoloqun fəaliyyəti istehlakçı tələbini və onun bazar davranışını, müəssisənin daxili imkanları və sahə xüsusiyyətlərini, istehsalın təşkili texnologiyasını, mövcud rəqabət mühitini nəzərə alınmaqla bazarda səmərəli fəaliyyət göstərmək məqsədilə müxtəlif təşkilati-hüquqi formalı müəssisələr arasında qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsinə istiqamətlənib. Marketoloq öz peşəkar fəaliyyətini idarəetmə və geniş yayılmış biznes sahəsində, xüsusi ilə müəssisə və onların struktur bölmələrində, marketinq sahəsində yüksək səviyyəli bilik və dünyagörüşü tələb edən kommersiya və qeyri-kommersiya təşkilatlarında, eləcə də dövlət və munisipial idarəetmə orqanlarında həyata keçirir.
Peşəkar fəaliyyət növü:
“Marketinq” ixtisası üzrə tam ali təhsilli mütəxəssislər aşağıdakı vəzifələrdə çalışa bilərlər:
2.Bakalavr marketinq istiqaməti üzrə təhsil aldığı dövrdə ümumpeşə hazırlığı fənləri ilə yanaşı aşağıdakı xüsusi fənlər üzrə fundamental hazırlıq keçir:
3.Magistratura – ali təhsil sistemində müstəqil səviyyə olmaqla aşağıdakılara imkan verir:
– konkret elm və praktika sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaq;
– peşəkar təhsil vermək məqsədi ilə fərdi tələbatları nəzərə almaq və onların səmərəli formada ödənilməsini həyata keçimək.
Kafedrannı professor müəllim heyəti bu vəzifələrin yerinə yetirilməsində aktiv iştirak edirlər.
Magistir hazırlığı elmi-praktik işlərlə yanaşı, eyni zamanda pedoqoji fəaliyyəti də nəzərdə tutur.
Magistr səviyyəsində magistrantlara 14 fənn tədris olunur:
*
4.Doktorant və dissertantlar
Kafedranın professor-müəllim heyəti marketinqin müxtəlif istiqamətləri üzrə doktarant və dissertant hazırlığını həyata keçirir. Bu gün kafedranın 5 dissertantı və bir doktarantı var.
*
5.Gənc marketoloqlar klubu
Kafedranın nəzdində «Marketinq disskusiya klubu” fəaliyyət göstərir. Cari tədris ilində bu klubda “Gənclərin karyera yaratmalarına marketinq yanaşma”, “Uğurlu interet layihələri”, “Müasir şəraitdə marketinq tədqiqat-larının aparılması mexanizm”, “Yeni məhsul və xidmətlərin yaradılması” və s.mövzularda çıxışlar olmuşdur.
6.Məzunlarımız
Marketinq kafedrasını məzunları – milli iqtisadiyyatın müxtəlif fəaliyyət sahələrində böyük ehtiyac duyulan və bu sahələrin tələbləri baxımından müasir iqtisadi biliklərə yiyələnmiş peşəkar mütəxəssislərdir. Bizim məzunlar milli iqtisadiyyatın müxtəlif sferalarnıda, o cümlədən sənaye və tikinti müəssisələ-rində, ticarət və turizm, bank və sığorta təşkilatlarında, mədəniyyət və idman sahələrində, eləcə də bir sıra qeyri-kommersiya strukturlarında çalışırlar.