Estet şirkəti 25 ildir Azərbaycanda və xarici bazarlarda IT, elektrik, təhlükəsizlik sistemləri üzrə məhsulları və laboratoriya avadanlıqlarının satışı və montajı ilə məşğul olur.
Şirkət, bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsidir.
Şirkət namizədləri “Ofis koordinator” vakansiyası üzrə müracit etməyə çağırır.
Namizəddə olan bacarıq və keyfiyyətlər:
- Kreativ düşünmə qabiliyyəti;
- Əməksevər, öz üzərində daima çalışan;
- Analiz qabiliyyəti yüksək olan;
- Ambisiyalı, kariyera qurmaq istəyi;
- Çevik araşdırma qabiliyyəti;
- Məsuliyyətli, punktual, dürüst;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Bacarıqlı və özgüvənli olsun;
- Dil bilikləri : İngilis dili (orta), Rus dili (üstünlük), Azərbaycan dili əla);
- Kompyuter bilikləri : Excel, Word, Power Point, Outlook ( yaxşı).
5 günlük iş rejimi, 9.00-17.30 arası
Şirkət tərəfindən nahar verilir
2 aylıq təcrübə müddətidir
Praktika müddəti ödənişlidir
Sertifikat verilir
Vakansiya ilə maraqlanan şəxslər 10.12.2024-cü il tarixinədək şəkilli CV -lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Ofis koordinator” qeyd etməklə göndərə bilərlər.