Proqrama qəbul olan tələbələr 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr 4-cü kurs təhsillərini UNEC-də davam edəcəklər.
Qəbul şərtləri:
Tərəfdaş universitet – Montpellier Universiteti
Son müraciət tarixi: 31 yanvar 2024-cü il.
Sənədlər bir fayl şəklində (pdf formatında) aşağıdakı ardıcıllıqla təqdim olunmalıdır:
1. Akademik transkript (azərbaycan dilində)
2. CV (ingilis dilində)
3. Pasport (şəkil olan səhifəsi, yoxdursa vəsiqə və ya tələbə kartı)
Qeyd: İştirak sayı məhdud olduğuna görə müsahibə təşkil olunacaqdır.
Elektron məktubu göndərərkən başlıq hissəsində «Montpellier Universiteti» yazılmalıdır.
Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:
UNEC, Beynəlxalq Əməkdaşlıq Departmenti, 012-492-60-45, 012-492-18-81
E-mail: [email protected]