Tələbələrin nəzərinə: INMerge İnnovasiya Sammiti keçiriləcək

19 SENTYABR 2024

“INMerge” İnnovasiya Sammiti 10 və 11 oktyabr 2024-cü il tarixlərində “PAŞA Holding”in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində və Heydər Əliyev Mərkəzində baş tutacaq.

Regionun ən böyük innovasiya sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Bu il “INMerge” İnnovasiya Sammit tədbirində YouTube-nin həmtəsisçisi Steve Chen iştirak edəcək. Eləcə də, təsdiqlənmiş spikerlər arasında “Amazon”un vitse-prezidenti və CTO-su Werner Vogels və “Avito”nun keçmiş baş icraçı direktoru Vladimir Pravdivy də var. Bununla yanaşı, “Paradox Strategies” və “InnovationForce” şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill və Stenford Universitetin professoru Ilya Strebulaev də spikerlər siyahısına qoşulublar.

Onlarla yanaşı, ölkəmizdən “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı direktor Fərid Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və “4SİM” icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.

Qeyd edək ki, bu il sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, elektron ticarət, telekommunikasiya, əlavə dəyər xidmətləri, yeni iqtisadiyyat və digər sahələr müzakirə olunacaq.

Biletləri “www.inmerge.az” ünvanından əldə etmək olar. Ətraflı məlumat və biletləri əldə etmək üçün sammitin rəsmi səhifəsinə və sosial media hesablarına müraciət etməyiniz kifayətdir.

Tələbələr üçün biletin qiyməti 80% endirimlə, cəmi 100 ABŞ dollarıdır və Birbank taksit kartı ilə 6 aya qədər hissəli ödəniş imkanı yaradılıb.

Bilet alarkən CV-nizi sizə göndərilən linkə yükləyin və PAŞA Qrupda karyera qurmaq şansını qaçırmayın! Yeni insanlarla tanışlıq, öyrənmək və lider şirkətlərdən birində karyeraya başlamaq fürsətini əldən verməyin.

ƏTRAFLI MƏLUMAT

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Betgar - Omegle - Twitch view bot - Betnano