UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinə fəal təcrübəçilər dəvət olunur.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait.
Namizədlərə dair tələblər:
- İngilis və rus dili biliyi;
- Kompüter bilikləri (MS Office proqramlarında işləmək bacarığı);
- Ünsiyyət bacarıqları;
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Aktiv iş şəraitdə işləmək həvəsi.
Görüləcək işlər:
- Beynəlxalq müqavilə və sənədlərin tərcümə olunması;
- Xarici qonaq və əcnəbi tələbələrin qəbul olunmasına köməklik göstərmək, universitetdaxili və şəhər info-turlarında müşahidə etmək;
- UNEC-də təhsil alan əcnəbi tələbələrlə bağlı tədbirlərin və görüşlərin təşkil olunmasında köməklik;
- UNEC-də təhsil alan əcnəbi tələbələrin məlumat bazalarının hazırlanması və yenilənməsi;
- UNEC-də təhsil alan əcnəbi tələbələrin sənədlərinin yoxlanılması və müvafiq məlumat bazalarına daxil olunmasında köməklik;
- UNEC-də təhsil alan əcnəbi tələbələrlə yazışmaların və danışıqların həyata keçirilməsi və s.
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00
Təcrübə müddəti: 2 ay (ictimai əsaslarla)
Maraqlanan tələbələr CV-ləri [email protected]z elektron ünvanına göndərə bilərlər
Müraciət üçün son tarix: 7 dekabr 2023-cü il