1959-cu ildə Gədəbəy rayonunda anadan olmuşdur.
1977-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika-riyaziyyat fakültəsinə fizika ixtisası üzrə daxil olmuşdur.
1981-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.
1982-1984-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.
1984-1988-ci illərdə AMEA-nın Radiasiya Tədqiqatları bölməsində çalışmışdır.
*
1988-ci ildə BDU-nun aspiranturasına daxil olmuşdur.
1990-cı ildə namizədlik disertasiyasını müdafiə edərək f-r.elmləri namizədi alimlik dərəcəsi almışdır.
1991-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində çalışmışdır.
44 elmi əsəri nəşr edilmişdir.