İnklüziv Təhsil Mərkəzi ilə “Psixosən” psixoloji dəstək platforması arasında əməkdaşlıq çərçivəsində keçirilən növbəti görüş Biznes və menecment fakültəsində olub.
Görüşün keçirilməsinin məqsədi pandemiyadan sonra yaranmış ümumi psixoloji gərginliyin, imtahanöncəsi stresin aradan qaldırılması olub. Görüşdə təcrübəli psixoloq Aynur Şıxəliyeva tələbələrlə imtahanöncəsi streslərin idarə edilməsi ilə bağlı müzakirələr aparıb. Həmçinin onlarla psixoloji yazı və əzələ testləri keçirib.
UNEC İnklüziv Təhsil Mərkəzin koordinatoru Sevinc Məhsimova tələbələrə universitetdə yaradılmış Psixoloji Xidmət Mərkəzi haqqında məlumat verib.
*
https://news.unec.edu.az/xeber/105-telebe/9554-fakultelerde-ozunu-inkishaf-ve-stresin-idare-edilmesi-movzularinda-psixologla-silsile-gorushler-kechirilir