11 fevral 1939-cu ildə Gəncə şəhərində anadan olub.
1946-cı ldə Gəncə şəhəri 1 nömrəli orta məktəbinə daxil olmuşdur.
1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini bitirmişdir.
1962-ci ildən Azərbaycan Dövlət Universitetinin “Analitik kimya” kafedrasında işləyib.
*
1966-cı ildən Azəbaycan Xalq Təsərrüfati İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) müəllim, baş müəllim vəzifələrində çalışmışdır.
Respublika Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
40-a yaxın elmi əsərin, o cümlədən 5 müəlliflik şəhadətnaməsinin, 2 dərs vəsatinin (azərbaycan və rus dillərində) müəllifidir
Ailəlidir, iki uşağı var.