1948-ci il dekabrın 3-də Bakı şəhərində аnаdаn оlmuşdur.
1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuş;
1971-ci ildə həmin fakültəni bitirmişdir. Təyinatla Siyəzən şəhəri 1 saylı orta məktəbinə dil və ədəbiyyat müəllimi təyin olunmuşdur.
1973-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasına baş laborant vəzifəsinə təyin olunmuşdur.
*
1991-cı ildə Bakı Dövlət Universitetində “Mirzə İbrahimovun hekayə yaradıcılığında realizm” mövzusunda dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1995-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən dosent adına layiq görülmüşdür.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasının dosentidir.
3 dərslik və dərs vəsaitinin, 26 elmi-metodik məqalənin müəllifidir.
Аiləlidir, iki övlаdı vаr.