Filialın direktoru dosent Raqif Qasımov Gənclər və idman nazirinin filiala gəlişindən məmnunluğunu ifadə edərək, bu görüşün tələbələr üçün faydalı olacağını bildirib.
Tələbələrlə görüşən nazir Fərid Qayıbov onların asudə vaxtlarının səmərəli təşkili, dərsdən sonrakı fəaliyyətləri, əldə etdikləri uğurları ilə maraqlanıb. Eləcə də tələbələrin təkliflərini dinləyib və suallarını cavablandırıb.
Görüşdən sonra Zaqatala filialının yeni inşa olunan idman zalına və tələbə yataqxanasına da baxış keçirilib. Nazir burada tələbələr üçün yaradılacaq şəraitlə tanış olub.