UNEC-in Elmi Şurasının 21 yanvar 2021-ci il tarixli iclasının EŞ 176 №-li və 07 aprel 2021-ci il tarixli iclasının EŞ 177 №-li qərarlarına əsasına 183/3/2021 saylı 16.05.2021 tarixli əmrilə UNEC-in Hazırlıq şöbəsi 20.05.2021-ci il tarixdən ləğv edilmiş və onun bazasında “UNEC Fasiləsiz təhsil mərkəzi” təsis edilmişdir.  UNEC-in Elmi Şurasının 16 iyun 2021-ci il tarixli 179 saylı qərarına əsasən 377/3/2021 saylı 24.08.2021-ci il tarixli əmr ilə “UNEC Fasiləsiz təhsil mərkəzi”nin adı dəyişdirilərək 24.08.2021-ci il tarixdən “Ömürboyu təhsil mərkəzi” adlandırılmışdır.

Hazırlıq şöbəsi haqqında

Hazırlıq şöbəsi 1972-ci ildən fəhlə fakültəsi kimi fəaliyyətə başlamışdır.

Sovetlər birliyi dağılandan sonra Hazırlıq fakültələri əksər institut və universitetlərdə ləğv olunsa da, Azərbaycan Dövlət İqtisad Universitetində  fəaliyyətini davam etdirdi.

Fakültəyə müxtəlif illərdə dos. A.Həsənov, prof. A.Şəkərəliyev, dos. İ.Məmmədov, dos. X.Xankişiyev, dos. S.T.Qəndilova rəhbərlik etmişlər. 2014-cü ildən 2021-ci ilə kimi şöbəyə i.f.d. Rəşad Salahov başçılıq edib.

Fakültə Azərbaycan Dövlət İqtisad Universiteti, habelə başqa ali məktəblərin bakalavr və magistraturasına qəbul olmaq istəyənlərin qəbul  proqramları və fənləri üzrə, ödənişli əsaslarla hazırlığını həyata keçirir.

Hazırlıq fakültəsində UNEC-in təcrübəli, abituriyentlərlə işləməyi yaxşı bacaran, test üsulunun incəliklərinə dərindən bələd olan pedaqoqlar çalışır. İldə iki dəfə dinləyicilərin bilikləri bu və ya digər fənn üzrə keçirilmiş materiallar əsasında, test üsulu ilə yoxlanılır. Hazırlıq  fakültəsinə bakalavr hazırlığı üşün IX, X və XI sinif şagirdləri  qəbul edilir.

*

Hazırlıq fakültəsində, ali məktəblərə daxil olmaq üçün, dinləyicilərin üç ixtisas  qrupuna aid (I, II və III ixtisas qrupları) 11 fənn üzrə hazırlığı üçün (riyaziyyat, fizika, kimya, Azərbaycan tarixi, yeni  tarix və ən yeni tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, rus  dili və ədəbiyyatı, xarici dil) müvafiq olaraq 9 kafedra baza kafedrası kimi müəyyən edilmişdir. Tədris Azərbaycan və rus dillərində aparılır və hər ixtisas qrupuna müvafiq olaraq 5 (beş) fənn üzrə hazırlıq keçirilir. 2008/2009-cu tədris ilindən etibarən hər üç ixtisas qrupunda təhsil alan rus bölməsinin dinləyiciləri üçün əlavə olaraq  Azərbaycan dili  də tədris edilir.

Azərbaycan Dövlət İqtisad Universiteti təhsil sistemində aparılan islahatları sürətləndirmək, ikipilləli təhsil  sistemini daha məqsədəuyğun həyata keçirmək məqsədilə fakültədə 2006/2007-ci tədris ilindən magistraturaya hazırlıq kursları təşkil edilmişdir. Hazırda magistraturaya  hazırlıq 2 (iki) mərhələdə, TQDK-nin təyin etdiyi proqramlar əsasında həyata keçirilir. Belə ki, I mərhələdə bütün ixtisaslar üzrə, II mərhələdə isə yalnız  iqtisadyönümlü ixtisaslar üzrə intensiv kurslar təşkil edilir.

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al