Heydər Əliyev ideyalarının təntənəsi

13 DEKABR 2021 | VIEWS:

“Respublika” qəzeti

“Respublika” qəzeti (PDF)

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir”.

Heydər ƏLİYEV,

Ümummilli lider.

 

Dərin zəka sahibimüdrik insanböyük öndər Heydər Əliyevin görkəmli dövlət xadimitəcrübəli siyasətçiAzərbaycan dövlətçiliyini xilas edib möhkəmləndirən və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edirBaşqa sözlə desəkmüasir dövlətçilik mərhələsinin tarixi həm də Heydər Əliyevin əməli, çoxşaxəliməhsuldar fəaliyyətinin tarixidirMüxtəlif sistemli dövlət quruluşlarından eyni dərəcədə millətin tərəqqisi naminə istifadə etməkdə Heydər Əliyevin titanik fəaliyyəti əvəzsizdir.

Heydər Əliyev keçdiyi bənzərsiz həyat yolunda qazandığı misilsiz təcrübənitarixi prosesləri dərindən dərk edərək onlardan əldə etdiyi nəticələri xalqının və millətinin inkişafınaqurduğu dövlətin tərəqqisinə yönəltməyi bacaran müdrik siyasi xadim və rəhbər idiGüclü şəxsiyyət və müdrik siyasətçi olan Heydər Əliyevin zamanın sınağından çıxmış ümumi prinsip və meyarlarla yanaşı, dövlət idarəetməsində tətbiq etdiyi öz prinsip və meyarları da var idiBunlar özünü təcrübədə doğrultmuş meyarlar idiOnları bütövlükdə işgüzarlıqprinsipiallıqcəsarətlilikvətənə, dövlətə, xalqa sədaqətmillimənəvi dəyərlərə dərin hörmət, ümumi mənafeləri hər şeydən üstün tutmaq meyarları kimi səciyyələndirmək olar.

Azərbaycanda siyasi rəhbərliyə gələn Heydər Əliyev keçmiş İttifaqın iqtisadiyyatı üçün xammal mənbəyinə çevrilmiş respublikamızın yeni inkişaf strategiyasını hazırlayıb qısa müddətdə həyata keçirdi. Bunun nəticəsində əvvəllər bütün əsas göstəricilər üzrə ölkə miqyasında geri qalan Azərbaycan tezliklə İttifaqın ən inkişaf etmiş respublikalarından biri oldu.

Hər bir dövlətin qüdrəti onun iqtisadi inkişaf göstəriciləri ilə müəyyənləşir. 1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin, əmək məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatında istehsal olunan məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artdı. İqtisadiyyatda köklü struktur və keyfiyyət dəyişiklikləri baş verdi, tərəqqinin və yüksəlişin təməli qoyuldu.

XX əsrin ən parlaq şəxsiyyətlərindən biri olan Heydər Əliyevin Azərbaycan tarixindəki rolu ilk növbədə bu missiyanı həyata keçirmiş lider kimi önəmlidir. O, ötən əsrin 50-ci illərindən başlayaraq, bu gün Azərbaycan dövlətinin əsaslandığı milli dövlətçilik fəlsəfəsini, müstəqil yaşamaq haqqına sahib Azərbaycan xalqının inkişafı, tərəqqisi üçün zəruri olan qaydaları, istiqamətləri formalaşdırdı, bu gün varlığı ilə öyündüyümüz müstəqil Azərbaycan Respublikasını qurub yaratdı.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 70 illiyinə həsr edilmiş yubiley yığıncağında proqram məzmunlu çıxış edən ümummilli lider Heydər Əliyev ali iqtisadi təhsil sisteminin qərb standartları bazasında təkmilləşdirilməsinigüclü iqtisadçı mütəxəssis hazırlığını, eləcə də elmlə praktikanın sıx əlaqələndirilməsini aktual problemlər kimi səciyyələndirmiş, ölkənin iqtisadi inkişafının təminatında iqtisadçı-alimlərin yaxından iştirakının zəruri olduğunu qeyd etmişdir.

Ulu öndərin bilavasitə göstərişi ilə və rəhbərliyi altında 1969-1982-ci illər arasındakı müddət ərzində respublikada ana dilində fəaliyyət göstərən yüzlərlə uşaq bağçası, məktəb tikilərək istifadəyə verildi. Ali təhsil müəssisələrinin sayı 17-yə çatdırıldı. Gənc nəslin təhsil və tərbiyəsi ümdə vəzifə kimi irəli sürüldü, cəmiyyətin bütün sahələri kimi bu əhəmiyyətli sahədə də haqq-ədalət öz yerini tutdu. Sosial statusundan, yaşadığı məkandan asılı olmayaraq hər bir azərbaycanlı gəncin öz arzusuna, intellektual imkanlarına uyğun təhsil almaq imkanı təmin edildi. Ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı sayəsində 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında, o dövrə qədər hərbi elitaya, demək olar ki, yaxın buraxılmayan azərbaycanlıların sayı intensiv şəkildə artdı, bu sahədə də milliləşdirmə prosesi geniş vüsət aldı. Həmin dövrdə Heydər Əliyev milli hərbi kadr hazırlığı sahəsində daha bir tarixi addım ataraq Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasını qoydu ki, bu da azərbaycanlıların arasında hərbi işə marağın ictimailəşməsinə təkan verdi. Azərbaycan dövlətçiliyinin intellektual və əsgəri potensialının formalaşdırılmasına yönəlmiş bu cəsarətli addımların əhəmiyyəti, müstəqil dövlət quruculuğundakı əvəzsiz rolu bu günün prizmasından daha aydın, daha qabarıq görünməkdədir.

Bütün bunlar bir neçə on ildən sonra dünyada baş verə biləcək prosesləri və Azərbaycanın bu proseslərdəki mövqeyini irəlicədən görən müdrik dövlət adamının ölkənin gələcək müstəqilliyi ilə bağlı hələ sovet dövründən formalaşdırdığı əsaslar idi.

Ulu öndər öz xalqına, dövlətinə xidmətlərini SSRİ kimi nəhəng bir imperiyanın əsas rəhbərlərindən biri olaraq Kremldə çalışdığı illərdə də əzmlə davam etdirirdi. O, Kremldə tək Azərbaycan SSR-in deyil, digər türk respublikalarının da ən qüdrətli hamisi idi. Bütün bunlar isə Heydər Əliyevə xalq rəğbətini artırmaqla yanaşı, ulu öndərin Kremldəki əleyhdarlarının da sayını çoxaldırdı. XX əsrin 80-ci illərinin sonlarına doğru artıq Heydər Əliyev Kremldə öz fəaliyyətini şovinizm prinsipləri əsasında quran böyük bir təxribatçı dəstəyə qarşı təkbaşına dayanmışdı.

Tarixin müəyyən bir anında nəhayət ki, təxribat öz işini gördü. O zamankı SSRİ rəhbərliyinin ədalətsiz qərarı ilə Heydər Əliyev istefaya göndərildi və bununla da Azərbaycanın, ümumilikdə türk respublikasının fəlakətli günləri başladı. Bu ölkələr qanlı münaqişə meydanına çevrildi, sosial-iqtisadi böhrana sürükləndi. Azərbaycanda həlli 30 il çəkən Dağlıq Qarabağ münaqişəsinin əsası qoyuldu. 1990-cı il yanvarın 20-də Bakı küçələrində yüzlərlə dinc insanın qanı axıdıldı.

Belə çətin, həssas bir vaxtda, bütün dünyada özünü təklənmiş kimi görən Azərbaycan xalqı üçün ən böyük təsəlli, mənəvi dəstək doğma övladını – Heydər Əliyevi yenə öz yanında görmək oldu. Səhhətindəki problemlərə, özünə və ailəsinə qarşı yönəlmiş təhdidlərə baxmayaraq, Heydər Əliyev 20 Yanvar faciəsinin səhəri günü ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bundan sonra nə edəcəyini müəyyənləşdirməyə çətinlik çəkən xalqına həyan oldu. Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Qorxmadan, çəkinmədən bu faciənin əsl günahkarlarının üzərinə getdi. Onların qanlı əməllərini lənətlədi. Ulu öndərimizin bu qəhrəmanlığı 20 Yanvar faciəsindən dəhşətə gəlmiş Azərbaycan xalqını sınmağa, qəlblərdə parlayan istiqlal alovunu sönməyə qoymadı.

Ulu öndər Heydər Əliyevin anadan olduğu məkana – Naxçıvana qayıdışı Azərbaycan xalqının ürəyində ümid çırağı yandırdı. O, Naxçıvan Ali Məclisinin sədri kimi Muxtar Respublikanın ağır böhrandan çıxması üçün ardıcıl tədbirlər görməyə başladı, Azərbaycanın sözün əsl mənasında, müstəqilliyinə yönəlmiş – dövlət bayrağının dəyişdirilməsi, Dünya Azərbaycanlılarının Milli Həmrəylik Gününün rəsmi sənədlərdə təsis edilməsi, torpaq islahatlarının başlanması kimi mühüm tarixi addımlar ilk dəfə məhz Naxçıvan Muxtar Respublikasında atıldı.

O zaman Azərbaycan Respublikasının həyatında həlledici bir mərhələ idi. Ölkə dövlət müstəqilliyinə nail olmuş, lakin respublikanın müstəqilliyini təmin edəcək əsaslar formalaşdırılmamışdı. Qısa müddətdə konkret qərarların qəbulunu tələb edən taleyüklü məsələlər dövlət mənafeyindən daha çox şəxsi mənafelər uğrunda didişən qüvvələrin mübahisə predmeti olmuşdu. Ölkədə xaos, anarxiya baş alıb gedirdi. Azərbaycanın müstəqilliyi təhlükə altında idi.

1993-cü il iyunun 15-də ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan vətəndaşlarının Heydər Əliyevə olan ümumxalq sevgisinin daha bir ifadəsinə çevrildi. Ümummilli lider prezident seçildikdən sonra qısa zamanda ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. 10 oktyabr 1993-cü ildə andiçmə mərasimində ulu öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, – demişdi. Ulu öndər milli maraqlara əsaslanan, xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu. Xalqın böyük dövlət xadimi Heydər Əliyevə yüksək etimad göstərməsindən qısa müddət sonra nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında aydın perspektivlər açıldı.

Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu. Azərbaycan demokratik inkişaf yolunda uğurla irəlilədi, mühüm nailiyyətlər qazandı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Bunlar isə öz növbəsində, siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, ictimai-siyasi institutların səmərəli fəaliyyətinə zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi təkmilləşməsini təmin etmiş oldu.

Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş, güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir” tezisi Azərbaycanın sıçrayışlı inkişaf strategiyasının əsası kimi qəbul olunan ideya və baxışlar sistemində həm ölkəmizin müdafiə potensialının artırılması, həm də ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında da əsas amillərdən oldu. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz təmin edildibeynəlxalq hüquq bərpa olundu.

Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı.

Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan ulu öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail oldu. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlandı, gələcək yeni neft strategiyasının yol xəritəsi müəyyən edildi, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyuldu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasına nail olan Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Bu saziş təkcə ölkəmiz üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyətli sənədə çevrilərək Azərbaycanda demokratik inkişaf proseslərinin başlanılmasına böyük təkan verdi.

Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin idarəçiliyinin ən mühüm xüsusiyyəti Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması oldu. Ulu öndər ölkədə təhsil sahəsində yeni inkişaf mərhələsinin əsasının qoyulması, xalqın gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması kimi möhtəşəm nailiyyətlərə imza atdı. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu siyasət nəticəsində Azərbaycanımızın elmi və kadr potensialı daha da yüksəldi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği həyata keçirildi.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda təhsil sisteminin yeni şəraitə uyğunlaşdırılması zərurəti meydana çıxmışdı. Qeyd edilən məsələnin həlli ancaq ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra milli təhsil sisteminin qurulması məqsədilə yaradılmış komissiya tərəfindən Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq hazırlanmış “Təhsil islahatları proqramı”nın təsdiq edilməsindən və iki fərman imzalandıqdan sonra mümkün oldu. Bu sənədlər əsasında təhsil sistemində yenilik və müasir texnologiyaların tətbiqi, islahatlar istiqamətində məqsədyönlü fəaliyyətə başlandı. Təhsil sektoru üçün büdcə vəsaiti ardıcıl olaraq ilbəil artırıldı, müəllimlərin sosial müdafiəsi gücləndirildi və tədris müəssisələri şəbəkəsi təkmilləşdirildi.

Xüsusilə, müstəqilliyin ilk dövründə fəaliyyətə başlamış özəl təhsil müəssisələrinin təşkili və dövlət qeydiyyatına götürülməsi prosesində baş verən neqativ halların qarşısı alındı. Böyük dövlət xadimi Heydər Əliyev tərəfindən özəl ali məktəblərin fəaliyyətinin tənzimlənməsi Təhsil Nazirliyinə həvalə olunduqdan sonra bu sahədə müəyyən sabitlik yarandı, Avropaya inteqrasiyanın günün tələbi və qaçılmaz zərurət olduğu nəzərə alınaraq Azərbaycanda təhsil sisteminin də inteqrasiyası istiqamətində zəruri addımlar atıldı.

Sevindirici haldır ki, dövlət rəhbəri kimi fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan cənab İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etdi.

Ulu öndər Heydər Əliyev təhsilimizin təəssübkeşi idi. O, tez-tez təhsil müəssisələrinə baş çəkir, problemlərlə yerində tanış olur, tədbir görülməsi üçün tapşırıqlar verir, təhsilin inkişafı ilə bağlı lazımi qərarlar qəbul edirdi. Bu dahi şəxsiyyət hər zaman olduğu kimi, təkcə problemləri qabartmır, eyni zamanda, onların həlli yoluna işıq salırdı. Bu xüsusda o, Azərbaycan gənclərinin ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsinin vacibliyini vurğulayır və bu sahədə hələ sovet dövründə olduqca müsbət təcrübənin qazanıldığına diqqəti cəlb edirdi.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 70 illiyinə həsr edilmiş yubiley yığıncağında proqram məzmunlu çıxış edən ümummilli lider Heydər Əliyev ali iqtisadi təhsil sisteminin qərb standartları bazasında təkmilləşdirilməsini, güclü iqtisadçı mütəxəssis hazırlığını, eləcə də elmlə praktikanın sıx əlaqələndirilməsini aktual problemlər kimi səciyyələndirmiş, ölkənin iqtisadi inkişafının təminatında iqtisadçı-alimlərin yaxından iştirakının zəruri olduğunu qeyd etmişdir. Ümummilli lider demişdir: “Rektor dedi ki, burada 14 min tələbə təhsil alır. Böyük rəqəmdir. Əgər keçmişdə tarix fakültəsi, filologiya fakültəsi, o biriləri daha hörmətli idilərsə, indi ən hörmətli ixtisas iqtisadçıdır. Çünki bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı irəliyə aparmaq üçün dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifəni şərəflə yerinə yetirəcəksiniz”.

Tarixi təcrübə sübuta yetirir ki, dünyəvi fəaliyyəti nəticəsində zamanın mənzərəsini dəyişməyə qabil olmuş böyük dövlət adamlarının xalq, dövlət mənafeyi naminə gördükləri işlərin onların cismani yoxluğundan sonrakı dövrdə də davam etdirilməsi üçün zəruri əsaslar formalaşdırmaları xalqa, dövlətə göstərdikləri bütün xidmətlər qədər önəmlidir. Əsrlər ərzində qazanılmış dövlətçilik ənənələri tarixin varislik məntiqinə istinad etməsi faktını çoxəsrlik bəşəri təcrübənin dəfələrlə sübuta yetirdiyi həqiqətlər sırasına daxil etmişdir. İnkişafın zəruri şərtlərindən olan sağlam və regional varislik əsrlərdir ki, bütün dünyada alternativsiz yol kimi qəbul edilir.

Heydər Əliyevdən sonra ölkəmizin sürətli inkişafı ümummilli liderin ideyalarının həyata keçirilməsinin birbaşa təntənəsi misalında qəbul edildiyi kimi, həm də onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq dəyərləndirilir.

Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş, güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir” tezisi Azərbaycanın sıçrayışlı inkişaf strategiyasının əsası kimi qəbul olunan ideya və baxışlar sistemində həm ölkəmizin müdafiə potensialının artırılması, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında da əsas amillərdən oldu. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi, beynəlxalq hüquq bərpa olundu.

Bu gün Azərbaycan dünyada böyük nüfuz qazanan bir dövlətdir. Bölgədə söz sahibidir. Dünyada qalib ölkə kimi tanınır. 2003-cü ilin prezident seçkiləri ərəfəsindən başlayaraq İlham Əliyev tərəfindən irəli sürülən bütün vəzifələr o dövrdə bu vəzifələrin icrasına inanmayan opponentlərin şübhə və tərəddüdlərinə rəğmən uğurla yerinə yetirilmişdir. 2009-cu il fevralın 23-də regionların sosial-iqtisadi inkişaf proqramının icrasının yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “2003-cü ildə prezident seçkiləri ərəfəsində verilən bütün vədlər həyatda öz əksini tapdı. Elə bir məsələ yoxdur ki, həll olunmasın, yaxud da verilən vəd icra olunmasın və ya yarımçıq qalsın…”

Bəli, 18 illik fəaliyyəti dövründə hər bir vətəndaşın Prezidenti olan İlham Əliyev Müzəffər Ali Baş Komandan, məharətli diplomat, müdrik, praqmatik və uzaqgörən lider kimi böyük uğurlara imza atdı. Azərbaycan tamlaşdı, bütövləşdi. Bütün bunlar isə Heydər Əliyev ideyalarının təntənəsidir.

Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor.

*

https://news.unec.edu.az/xeber/125-universitet/8211-bold-red-heyder-eliyev-ideyalarinin-tentenesi-bold-red

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet