1966-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinin «Ticarətin iqtisadiyyatı» ixtisasını bitirmişdir.
1966-1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.
1993-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Sosioloji Elmi-Tədqiqat laboratoriyasının müdiri vəzifəsində işləmişdir.
*
1983-cü ildə iqtisad elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Marketinq» kafedrasında baş müəllim vəzifəsində işləmişdir.
2017-ci ilə kimi UNEC-in “Ticarət və gömrük işinin təşkili” kafedrasının dosenti olub.
2004-cü ildə dosent elmi adı verilmişdır.
4 fənn proqramının, 2 metodiki dərs vəsaitinin, 1 dərsliyin, 67 elmi məqalənin müəllifidir.