1953-cü il may ayının 15-də İsmayıllı rayonunun Diyallı kəndində müəllim ailəsində anadan olub.
Orta məktəbi qurtardıqdan sonra D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) “Siyasi iqtisad” ixtisasına qəbul olub. Əla qiymətlərlə oxuduğuna görə təhsil illərində Karl Marks adına təqaüdə layiq görülüb.
1974-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib. Azərbaycan SSR Təhsil Nazirliyinin göndərişinə əsasən D.Bünyadzadə adına AzXTİ-nin “Siyasi iqtisad” kafedrasında laborant kimi işə başlayıb. Sonrakı illərdə baş laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb.
1976-1980-ci illərdə AzXTİ-nin “Siyasi iqtisad” kafedrasının aspirantı olub.
1990-cı ildə “İstehsal vasitələrinə qənaət və ictimai istehsalın səmərəliliyinin yüksəldilməsində onun rolu” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2000-ci ildə dosent elmi adı alıb.
*
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat” kafedrasının dosentidir.
30-dan artıq olan dərslik, dərs vəsaiti, metodik vəsait, elmi məqalə, tezis və s. kimi elmi işlərin müəllifidir.
Ailəlidir, iki övladı var.