2 mart 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1960-cı ildə Məşədi Əzizbəyov adına Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Mühəndis iqtisad fakültəsinin Sənayenin iqtisadiyyatı və planlaşdırılması ixtisasını bitirmişdir.
1960-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır.
*
1962-ci ildə aspiranturaya daxil olmuşdur.
1968-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək iqtisad elmlər namizədi adına layiq görülmüşdür.
İqtisad Universitetinin “Müəssisənin iqtisadiyyatı” kafedrasının müəllimi, dosenti,
UNEC-in Fəxri professoru olub.
60-dan çox elmi-metodiki iş, məqalə, tezis, dərs vəsaiti və dərsliklərin müəllifidir.