10.10.1937-ci ildə anadan olub.
1955-ci ildə Bakı Statistika Texnikumuna daxil olmuş və 1958-ci ildə Statistika ixtisası üzrə bitirmişdir.
1959-cu ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və həmin universiteti 1964-cü ildə Statistika ixtisası üzrə bitirmişdir.
1958-1969-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin “Əsaslı tikinti statistikası” şöbəsində iqtisadçı, baş iqtisadçı və müdir vəzifəsində çalışıb.
1969-1972-ci illərdə Moskva İqtisadi-Statistika İnstitutunda əyani aspiranturada oxumuş və 1972-ci ildə həmin institutda dissertasiya işini müdafiə edib iqtisad elmləri namizədi elmi adına layiq görülüb.
1972-1979-cu illərdə D. Bünyadzadə adına AzXTİ-n “Statistika” kafedrasında müəllim, baş müəllim vəzifəsində işləyib.
1973-cü ildə 2 illik Bakı Jurnalistika Universitetini bitirib.
*
1975-1976-cı illərdə Fransada təhsil almış və Əlcəzair Neft İnstitutunda professor vəzifəsində çalışmışdır.
1979-cu ildə “Statistika” kafedrasında dosent vəzifəsinə seçilib.
1979-1989-cu illərdə “Statistika” kafedrasının müdiri vəzifəsində çalışıb.
1989-2017-ci illərdə “Statistika” kafedrasının dosenti vəzifəsində işləmişdir.
1996-2005-ci illərdə Odlar Yurdu Universitetinin “Ümumi İqtisadiyyat” kafedrasına rəhbərlik etmişdir.
2009-cu ildən AR İSN İİETİ- də direktor müavini vəzifəsində işləyir. Həmin İnstitutun Elmi Şurasının sədr müavini və elmi-metodoloji Seminarının sədridir.
90 ç.v. həcmində elmi-metodiki və dərsliklərin müəllifi, o cümlədən “Milli sərvət statistikasının metodoloji əsasları” adlı monoqrafiyanın müəllifidir.
Ailəlidir. İki övladı var.