1965-ci ildə Tbilisi Dövlət Universitetinin İqtisad fakultəsinin mühasibat uçotu ixtisasını bitirmişdir.
1967-1981-ci illərdə Azərbaycan Respublikasının Dövlət Plan Komitəsi nəzdində institutda baş elmi işçi – bölmə müdiri vəzifələrində işləmişdir.
1968-1972-ci illərdə həmin institutun aspirantı olmuş və 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədidir elmi adına layiq görülmüşdür. 1977-ci ildə baş elmi işçi diplomunu almışdır.
1981-1984-cü illərdə Kirovabad Texnologiya institutunda müəllim vəzifəsində işləmişdir.
1984-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim, 1990-2016-cı illərdə dosent vəzifəsində çalışıb.
90-dan artıq elmi-metodiki əsəri çap edilmişdir.