01 iyun 1947 ildə Bərdə şəhərində anadan olmuşdur.
1972-ci ildə D. Bünyadzadə ad. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmiş, “Ticarətin təşkili və texnikası” kafedrasında laborant, 1972-ci ildən baş laborant vəzifələrində işləmişdir.
1979-cu ildən müəllim, baş müəllim işləmişdir.
1986-cı ildə Moskva şəhərində Sovet Ticarəti İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidr.
1992-ci ildə dosent vəzifəsini tutmuşdur.
*
1994-1995-ci illərdə Kommersiya fakultəsində dekan müavini, dekan əvəzi vəzifələrində işləmişdir.
1995-2001-ci illərdə “Ərzaq malları əmtəəşünaslığı” fakültəsinin dekanı;
2001-2004-cü illərdə “Reklam işinin təşkili” kafedrasının müdiri vəzifələrində işləmişdir.
2005-ci ildən “Dizayn” kafedrasında dosent vəzifəsində işləyib.
2017-ci ilə kimi UNEC-in “Ticarət və gömrük işinin təşkili” kafedrasının dosenti olub.
Ailəlidir, iki övladı, nəvələri var.