mba555

UNEC BİZNES MƏKTƏBİ 

PROQRAM:BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) 

İXTİSASLAŞMA:İDMANIN İDARƏEDİLMƏSİ

 

İxtisaslaşmanın məqsədi:

UNEC biznes məktəbinin idmanin idarəedilməsi üzrə ixtisaslaşması idmanın idarəedilməsi, reklam, informasiya vasitələri, idmanın maliyyələşdirilməsi, marketinq proqramları kimi sahələri əhatə edən menecment bacarıqlarını aşılayan sahələrarası proqramdır. İdman sənayesi professional idman fəaliyyətindən başlayaraq dövlət və özəl sektorda idman tədbirləri, korporativ sağlamlıq və fitnes klubları da daxil olmaqla müxtəlif dinamik imkanlar təklif edir. Fitnes və sağlamlığın, o cümlədən peşəkar idmanın daha çox tanınması idman sənayesi və biznesinin qorunub saxlanması və təşviq edilməsi üçün geniş imkanlara səbəb olur. İdman tədbirləri forma və həcmindən asılı olmayaraq cəlb edilən bütün tərəfdaşların yüksək fayda əldə etməsini təmin etmək üçün peşəkar menecerlərlərin olmasını tələb edir. MBA proqramının idmanin idarəedilməsi ixtisaslaşması üzrə tədris planı magistrantları idman sənayesində böyük sahəni əhatə edən menecerlik mövqeyinə hazırlamaq üçün təşkil edilmişdir.

MBA proqramının müddəti və ünvanı:

İdmanın idarəedilməsi ixtisaslaşması üzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə60 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­­rə24 kredit və buraxılış layihəsi üzrə 12 kredit ol­maq­la, cəmi 96  kreditlə tamam­lanır.

Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə30 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­rə12 kredit və buraxılış layihəsi üzrə 6 kredit ol­maq­la, cəmi 48 kreditlə tamam­lanır.

Dərslər payız, yaz və yay semestrlərində həftədə ikidəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: [email protected], tel/fax +99412 4976267

 

MBA proqramına qəbul şərtləri:

Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr də­rə­cəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtaha­nın­dan uğurla keç­mək­lə MBA proqramına qəbul olunurlar.

 

MBA proqramında tədris metodlarının üstünlükləri:

Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yük­səl­dilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin da­vam­lı olaraq artırılmasınıa müasir biznes informa­si­ya­sı­nın araşdırılmasına, ana­litik dü­şün­mə və qərarvermə qabiliyyətinın inkişafına, biznes eti­ka­sı, təqdimat qabiliyyəti, vax­tın ida­rə­edil­məsi və sa­hib­­karlıq məntiqinin for­ma­laşdırılmasına şərait yaradır. Proqram ma­gistrant­ları cə­miyyət, müəs­­sisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlu­mat­­larla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) mü­­za­kirə edi­lir, rol oy­nama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və la­yi­­hə ça­lış­maları həyata keçirilir və bu zaman müasir tədris me­tod və texnologiyalarından istifadə edilir. Proqram ict­i­mai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönüm­lü təş­­ki­lat­larda struk­tur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik ida­rə­edil­mə­si, qanun­ve­ri­­cilikdə və biznes mühitində yeni meyil­lərin öncədən (proaktiv) araşdırıl­ma­sı vərdişlərini aşı­layır. Magistrantın fənni mənimsəməsi həf­tə­­lik və yarım semestrlik testlər (quiz), dərs­də iştirak səviy­yə­si, ev tap­şı­rıq­ları və kumulativ (semestr imta­hanı) imta­han əsasında (test və yazılı forma­da açıq sual­lar­dan ibarət olmaqla) qiymətlən­dir­ilir.

 

MBA proqramında tədris kadrları:

Proqram UNEC-in müəl­limləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyə­ti, ölkə­də fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşə­kar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş profes­sor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.

 

Diplom:

Təhsilini tamamlamış magis­tr­ öz ixtisası üzrə magistr elmi-ixtisas də­rəcəsi və diplomu ilə təltif olu­nur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.

 

İdmanın idarəedilməsiixtisası üzrə keçirilən fənlər:

 

Birinci semestr:

 

SMO 652                    Liderlik və təşkilati davranış

MGTSC 501               Biznes statistikası

ECON 503                 Menecment iqtisadiyyatı

ACCTG 503               Maliyyə uçotu(F3)

 

İkinci semestr:

SMO 502                    Strategiya, təşkilat və innovasiya

MARK 611                Sponsorluq, ictimai əlaqələr və reklam

MARK 502                Marketinq strategiyası

ACCTG 502               İdarəetmə uçotu(F2)

 

Üçüncü semestr:

 

OM 504                      İdman əməliyyatlarının idarə edilməsi

BLAW 642                 Biznes hüququ(F4)

 

Dördüncü semestr –4 əsas seçmə fənn

FIN 612                      İdmanda maliyə və sərmayənin planlaşdırılması

BLAW 615                İdman hüququ və risklərin idarəedilməsi

SMO 632                    İdman turizmi

SMO 610                    Stadion və idman meydanlarının (arena) idarə edilməsi

MGTSC 502               İdman üzrə biznes tədqiqat metodları

ECON 610                 Idman iqtisadiyyatı

BUEC 617                 İdmanın qloballaşması

SMO 601                    Beynəlxalq idman sistemləri

MARK 626                İdmanda marketinq tədqiqatları

BUEC 624                 İdmanda istehlakçı davranışı

BUEC 631                 Olimpiya idarəetməsi və siyasəti

SOCY 515                 İdmanın idarəedilməsinin sosioloji aspektləri

SMO 620                    İdman təşkilatlarının idarəedilməsi

ACCTG 604               İdman sahəsində vergi

HRM 602                   International Business Ethics and Corporate Governance

BLAW 631                Menecmentin hüquqi aspektləri

RES 620                     Qərarvermədə tədqiqat metodları

MIS 521                     İdarəetmənin informasiya sistemləri

 

Buraxılış layihəsi (Capstone paper)ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle