“Azərbaycanda isveçrəli şirkətlər üçün bazar və biznes mühitinin müəyyən edilməsi və İsveçrə bazarı üçün Azərbaycan nə vəd edir?” adlı intensiv təcrübə proqramı sentyabrın 18-dən 29-dək davam edək.
Proqramın ilk günü isveçrəli tələbələr UNEC-in əsas tədris binasında I kurs tələbələri üçün təşkil olunan Orientasiya günündə iştirak ediblər. Həmçinin 24/7 kitabxana, Ekstern Mərkəzi və Karyera Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
Sonra UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Neman Muradlı tələbələrə “Azərbaycana makro iqtisadi baxış” mövzusunda təlim keçib.
*
https://news.unec.edu.az/xeber/105-telebe/10545-i-svechreli-telebeler-unec-de-tecrube-programinda-ishtirak-edirler