Proqramın ilk iki günündə UNEC-in gənc müəllimi, Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva isveçrəli tələbələrə “Yaşıl keçiddə Azərbaycanın rolu: töhfələr və problemlər”, UNEC Biznes Məktəbinin gənc müəllimi Aynur Alışlı isə “İqtisadi qanunların pərdə arxası” adlı mühazirələr keçiblər və tələbələrlə interaktiv fikir mübadiləsi aparıblar.
Proqram çərçivəsində tələbələrin korporativ sektorlara səfərləri də baş tutub. Belə ki, isveçrəli tələbələr Sumqayıt Kimya Sənaye Parkında yerləşən “ALCO” MMC-yə məxsus AMINOL Sürtkü Yağları zavodunda olublar. Zavodun müdiri Emel Kuşku Akidil onlara zavodun fəaliyyəti barədə məlumat verdikdən sonra, tələbələr buradakı istehsal prosesi, eləcə də zavod ərazisində yerləşən laboratoriyada aparılan analizlər və cihazlarla tanış olublar.
Növbəti gün tələbələrin Avrora Sənayə Parkına səfəri baş tutub. Səfər zamanı tələbələr Un, Qənnadı, İçki istehsalı fabriklərinə səfər edərək, fabriklərin fəaliyyəti və istehsal prosesi ilə tanış olublar.