Əlaqə nömrəsi: 055 615 88 53
e-mail: [email protected]
10 Fevral 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2010-2019-cu illərdə 132-134 saylı Təhsil Kompleksində təhsil almış, 2019- 2021-ci illərdə isə təhsilini 225 saylı tam orta məktəbdə davam etdirmişdir. 2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin “Maliyyə” ixtisasına daxil olub.
Universitet daxilində ictimai- sosial həyatında fəallığını artıraraq, universitet rəhbərliyi tərəfindən sertifikat və təşəkkürnamələrlə təltif olunmuşdur:
“UNEC Günü” ilə əlaqədar universitet həyatında fəal iştiraka görə Təşəkkürnamə;
UNEC Məzun gününün təşkilindəki fəaliyyətə görə Təşəkkürnamə;
Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sosial- ictimai həyatında fəal iştiraka görə Təşəkkürnamə;
Anım və Zəfər Günlərinə həsr olunmuş inşa müsabiqəsində fəal iştiraka görə sertifikat və s.
Eyni zamanda universitetdən kənar ictimai- sosial fəallığa görə çox sayda Təşəkkürnamə və Sertifikatlarla təltif olunmuşdur.
*
2017-ci ildə “Heydər Əliyev və Azərbaycan tarixi” kitabında ilk elmi məqaləsi dərc edilmişdir.
2022-ci ildə “Heydər Əliyevin elmi- siyasi irsini öyrənirik” illik siyasi məktəbinin məzunu olaraq diplomla təltif olunmuşdur.
2022-ci ildə “Partners and Business” Yerli Şirkətlərin Tanıtım sərgisinin təşkilində rəhbəri olduğu komandanın aktiv fəaliyyətinə görə “Marsol MMC” rəhbərliyi tərəfindən sertifikata layiq görülmüşdür.
2023-cü ildə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” adlı yerli şirkətlərin tanıtım sərgisinin təşkilində fəaliyyətinə görə “Marsol” MMC tərəfindən sertifikatla təltif olunmuşdur.
2023-2024-cü illərdə UNEC-in Tələbə Elmi Cəmiyyətinin sədri olub.