4 fevral 1947-ci ildə Azərbaycan Respublikası, Naxçıvan MR Şahbuz rayonun Keçili kəndində anadan olmuşdur.
1970-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) Kimya texnologiya fakültəsini bitirmişdir.
1979-ci ildə dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
*
1982-ci ildən Azərbaycan Neft-Kimya İnstitutunun Sumqayit filialında işləyib.
2000-ci ildən 07.07.2020-ci il tarixə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika və Kimya” kafedrasında dosent vəzifəsində çalışıb.
50-dən artıq elmi elmi əsərin müəllifidir.
Evlidir, dörd övladı var.