21 sentyabr 1950-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunun Darvaz kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1957-ci ildə Darvaz orta məktəbinin birinci sinfinə daxil olmuş və həmin məktəbi 1967-ci ildə medalla bitirmişdir.
1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olmuşdur.
1972-ci ildə həmin universiteti bitirmişdir.
1972-1974-cü illərdə təyinatla Qax rayonunun Almalı kəndinə müəllım vəzifəsində çalışmışdır.
1974-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda “Analitik kimya və kimya texnologiyası” kafedrasında kiçik elmi işçi vəzifəsində çalışıb.
1975-1978-ci illərdə həmin kafedranın əyani aspirantı olmuşdur.
1986-cı ildə “Viniltsikloheksil və onun törəmələrinin malein anhidridi ilə növbəli radikal birgə polimerləşməsi“ mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi alimlik adına layiq görülmüşdür.
*
1979-cu ildən APİ-nin Gəncə filialının “Kimya” kafedrasında baş laborant, assisent, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent vəzifəsində çalışıb.
60-dan çox elmi məqalə və tezisin müəllifi olub, 8 dərslik, dərs vəsaiti çap etdirib.
2020-ci ilin dekabrına kimi UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti olub.
2020-ci ilin dekabrında vəfat edib.