Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində Azərbaycana təşrif buyuran Laos Xalq Demokratik Respublikasının maliyyə nazirinin müavini Thipphakone Chanthavongsanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub. 1981-1985-ci illərdə ADİU-da Maliyyə ixisası üzrə təhsil alan xanım Thipphakone göstərilən qayğı və qonaqpərvirliyə görə təşəkkür edib.
ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov ilə görüş zamanı universitetdə həyata keçirilən yeniliklərdən danışılıb. Ş.Bayramov ali təhsil müəssisəsinin beynəlxalq əlaqlərin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Xanım Thipphakonenin 30 il sonra doğma universiteti ziyarətə gəlməsi fəxr duyulan hal olduğu qeyd edilib.
Xanım Thipphakone rəhbərlik etdiyi nümayəndə heyətini təqdim etdikdən sonra univeristet illərindəki xatirələrindən danışıb. Müəllimlərini və tələbə yoldaşlarını hər zaman xatırladığını, onlarla yenidən görüşmək arzusunda olduğu dilə gətirib. Ölkənin çox sürətli inkişaf etdiyini bildirən qonaqlar, təəsüratlarını paylaşıblar. Tarixilik fonunda modernliyin vəhdətini uğurla həyata keçirildiyi qeyd olunub.
Görüşün sonunda qonaqlarla birlikdə xatirə fotosu çəkilib.