Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədrisin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə professor-müəllim heyətinin bu istiqamətdə stimullaşdırılması tədbirlərinin daim genişləndirilməsi zəruridir.
UNEC-in qısa zamanda lider universitetə çevrilməsi hədəfinə nail olmaq üçün “Lider müəllim” aspektini önə çəkmək, bu istiqamətdə təşviqedici layihələrin reallaşdırılması məqsədəuyğun hesab olunur.
Bu məqsədlə 1 oktyabr 2016 – 30 iyun 2017-ci tarixlər arasında “Lider Müəllim – Lider Universitet” layihəsi start götürülür. Layihə UNEC-in pedaqoji heyətinin peşəkarlıq qabiliyyətinin yüksəldilməsinə, elmi tədqiqatın təbliğinə, şəxsi inkişafın artırılmasına, sosial fəaliyyətlərə və ümumilikdə tədris prosesinə müsbət stimul verəcəkdir. Professor-müəllimlər arasında layihədə nəzərdə tutulan 7 növ “Lider müəllim” kriteriyaları üzrə aparılacaq rəqabət universitetdə tədrisin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsinə özünəməxsus töhfə verəcəkdir.
Kriteriyalar:
Lider Müəllim – İnnovativ müəllim
Lider Müəllim – Peşəkar müəllim
Lider Müəllim – Tədqiqatçı müəllim
Lider Müəllim – Sevimli müəllim
Lider Müəllim – İxtiraçı müəllim
Lider Müəllim – Təşəbbüskar müəllim
Lider Müəllim – Özünü inkişaf etdirən müəllim
Müraciət qaydası:
Layihədə iştirak etmək istəyən müəllimlər elektron ərizə formasını yüklədikdən sonra müvafiq məlumatları daxil edib [email protected] email ünvanına göndərməlidir.
Elektron Ərizə Forması – YÜKLƏ
Layihə ilə bağlı önəmli tarixlər:
3 – 13 oktyabr, 2016 – Layihədə iştirak etmək istəyən müəllimlərin elektron ərizə müraciətlərinin qəbulu
13 – 18 oktyabr, 2016 – Layihədə 7 kriteriyada rəqabət aparacaq professor-müəllim heyətinin siyahısının müəyyənləşdirilməsi və rəsmi saytda elanı
LİDER MÜƏLLİM – LİDER UNİVERSİTET LAYİHƏSİNİN QİYMƏTLƏNDİRMƏ MEXANİZMİ:
“LİDER MÜƏLLİM – İNNOVATİV MÜƏLLİM”
Müddət | Məlumatlandırmasistemi | Müraciət forması | Komissiya heyəti | Qiymətləndirmə mexanizmi |
1 oktyabr 30 iyun |
– Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə | – Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır | – Yaşar Kəlbiyev (sədr)- Anar Rzayev- Səbuhi Tanrıverdiyev- Mircavid Həsənov- Aysel Xəlilova | 1. Beş nəfərdən ibarət Komissiya müsabiqədə iştirak edən müəllimə əvvəlcədən xəbər vermədən 4 dərsdə (2 mühazirə 2 məşğələ olmaqla) iştirak edir və meyarlar üzrə qiymətləndirmə aparır.Qeyd: Müsabiqənin yekununda ən yüksək nəticə göstərən müəllimlərin balları eyni olarsa, o zaman Differensial əmək haqqı sistemindəki “Tələbə Məmnunluq Anketii”ndə daha yüksək bal alan şəxs qalib seçiləcək. |
Qiymətləndirmə meyarları | 10 ballıq sistemlə |
1. İnnovativ tədris metodlarından istifadə səviyyəsi | |
Case study, auditoriya ilə sinxron çalışma, komanda işləri, problem əsaslı tədris, simulasiya, rol oyunları, araşdırma əsaslı öyrənmə, iş mühitinə adaptasiya olunmuş tədris, beyin fırtınası, qrup müzakirələri, debatlar və sair) | |
2. Elektron Universitet Modelindən yararlanma səviyyəsi | |
Dərs materiallarının şəxsi kabinetdə yerləşdirilməsi və istifadəsi, elektron jurnaldan səlis istifadə, dərs materiallarının tələbələrə müasir üsullarla çatdırılması (korporativ email, şəxsi kabinet, Microsoft One Drive) və sair | |
3. Tədris resurslarının yenilənmə səviyyəsi | |
Dərs materiallarında yeni informasiyalardan istifadə |
“LİDER MÜƏLLİM – PEŞƏKAR MÜƏLLİM”
Müddət | Məlumatlandırmasistemi | Müraciət forması | Komissiya heyəti | Qiymətləndirmə mexanizmi |
1 oktyabr 30 iyun |
– Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə | – – Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır | Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin daimi Komissiyası | Qiymətləndirmə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin nəticələrinə əsaslanır və ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – Peşəkar müəllim” nominasiyasının qalibi olur. |
“LİDER MÜƏLLİM – TƏDQİQATÇI MÜƏLLİM”
Müddət | Məlumatlandırma sistemi | Müraciət forması | Komissiya heyəti | Qiymətləndirmə mexanizmi |
1 oktyabr 30 iyun |
– Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə | – Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır | Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin daimi Komissiyası | Qiymətləndirmə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin “Elmi fəaliyyət bölməsi”nin nəticələrinə əsaslanır və ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – Tədqiqatçı müəllim” nominasiyasının qalibi olur. |
“LİDER MÜƏLLİM – SEVİMLİ MÜƏLLİM”
Müddət | Məlumatlandırma sistemi | Müraciət forması | Komissiya heyəti | Qiymətləndirmə mexanizmi |
1 oktyabr 30 iyun |
– Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə | – Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır | Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin daimi Komissiyası | Qiymətləndirmə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin “Tələbə Məmnunluq Anketi”nin nəticələrinə əsaslanır və ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – Sevimli müəllim” nominasiyasının qalibi olur. |
“LİDER MÜƏLLİM – TƏŞƏBBÜSKAR MÜƏLLİM”
Müddət | Məlumatlandırma sistemi | Müraciət forması | Komissiya heyəti | Qiymətləndirmə mexanizmi |
1 oktyabr 30 iyun |
– Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə | – Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır | – Səadət Qəndilova- Eldar Azadov- Ramil Cabbarov- Rasim Şərifov- Süleyman Nəbiyev | – Müəllimlər öz təşəbbüslərini reallaşdırdıqdan sonra hər ayın son 3 günündə Komissiyaya məlumat çatdırır. Komissiya müraciəti araşdırır və müvafiq qiymətləndirməni həyata keçirir.Nəticələrə əsasən bu kriteriyalar üzrə ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – Təşəbbüskar müəllim” nominasiyasının qalibi olur. |
Qiymətləndirmə meyarları | Say |
UNEC-in tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən təşəbbüsün sayı | |
UNEC-in işgüzar əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən təşəbbüsün sayı | |
UNEC-in ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən təşəbbüsün sayı | |
UNEC-də idman layihələrinin həyata keçirilməsi ilə bağlı həyata keçirilən təşəbbüsün sayı | |
UNEC-də sosial mövzuda layihələrinin həyata keçirilməsi ilə bağlı həyata keçirilən təşəbbüsün sayı |
“LİDER MÜƏLLİM – İXTİRAÇI MÜƏLLİM”
Müddət | Məlumatlandırma sistemi | Müraciət forması | Komissiya heyəti | Qiymətləndirmə mexanizmi |
1 oktyabr 30 iyun |
– Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə | – Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır | Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin daimi Komissiyası | Qiymətləndirmə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin “Patentlər” bölməsindəki nəticələrə əsaslanır və bu kriteriyalar üzrə ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – İxtiraçı müəllim” nominasiyasının qalibi olur. |
“LİDER MÜƏLLİM – ÖZÜNÜ İNKİŞAF ETDİRƏN MÜƏLLİM”
Müddət | Məlumatlandırma sistemi | Müraciət forması | Komissiya heyəti | Qiymətləndirmə mexanizmi |
1 oktyabr 30 iyun |
– Kafedralara bildiriş- Rəsmi sayt vasitəsilə- Sosial şəbəkələr vasitəsilə | – Müsabiqədə iştirak etmək istəyən müəllimlər saytda yerləşdirilmiş elektron ərizə forması üzrə müraciəti edir.- Komissiya daxil olan elektron ərizə formaları qiymətləndirir və müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirir- Müsabiqəyə qatılan müəllimlərin siyahısı elan edilir- Müsabiqədə iştirak könüllülük əsasında aparılır | Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin daimi Komissiyası | Qiymətləndirmə professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin “Özünü inkişaf fəaliyyətləri” bölməsindəki nəticələrə əsaslanır və bu kriteriyalar üzrə ilk pillədə qərarlaşan müəllimlər “Lider müəllim – Özünü inkişaf etdirən müəllim” nominasiyasının qalibi olur. |
QALİBLƏRİN MÜKAFATLANDIRILMASI
“Lider Müəllim – Lider Universitet” layihəsinin qalibləri 7 günlük aşağıda adları çəkilən universitetlərə göndəriləcəkdir:
Tarix: Öncədən razılaşdırılır
Lider Müəllim – İnnovativ müəllim
Göndərilir: Paris Sorbon Universiteti – Abu Dabi
Lider Müəllim – Peşəkar müəllim
Göndərilir: Fransa, Montpellier Universiteti
Lider Müəllim – Tədqiqatçı müəllim
Göndərilir: Yunanıstan, Qərbi Makedoniya Texniki Təhsil İnstitutu
Lider Müəllim – Sevimli müəllim
Göndərilir: Türkiyə, Hacettepe Universiteti
Lider Müəllim – İxtiraçı müəllim
Göndərilir: Rusiya, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universiteti
Lider Müəllim – Təşəbbüskar müəllim
Göndərilir: Türkiyə, Sakarya Universiteti
Lider Müəllim – Özünü inkişaf etdirən müəllim
Göndərilir: Türkiyə, Süleyman Dəmirəl Universiteti