Fevralın 27-də Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev və baş mütəxəssisi Nadir Rəsulov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) görüş keçirib.
Çıxış edən qonaqlar tələbələrə “Elektron hökumət” portalı haqqında məlumat veriblər. Bildirilib ki, “Elektron hökumət” portalı vətəndaşların gündəlik sosial problemlərinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır, bu da sağlam sosial mühitin formalaşmasına xeyli təsir göstərir. Qeyd olunub ki, portalın xidmətlərindən istifadə etməklə əlavə vaxt və vəsait itkisinin qarşısı alınır.
Tədbirdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, təklifləri dinlənilib. Sonda aktiv iştirak edən tələbələrə hədiyyələr təqdim olunub.