1941-ci il may ayının 25-də Yevlax rayonunun Qaramanlı kəndində anadan olub.
1959-cu ildə orta məktəbi, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirib.
1966-1969 cu illərdə Neft və Kimya Prosesləri İnstitutunda əyani aspiranturada oxuyub.
1969-cu ildən Botanika İnstitutunda, Neft və Kimya Prosesləri İnstitutunda, Aşqarlar İnstitunda, laborant, laboratoriya müdiri, baş texnik vəzifələrində çalışıb.
1976-cı ildə namizədlik dissertasiya işini müdafiə edib. Texnika elmləri namizədidir.
*
1979-1981-ci illərdə İqtisad Universitetində baş elmi işçi, sonra əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə baş mühəndis vəzifələrində işləyib.
1990-cı ildən Əmtəəşünaslıq və Kommersiya İnstitunda laboratoriya müdiri, təsərrüfat üzrə prorektor vəzifələrində çalışıb.
1994-cü ildən həmin institutda dosent vəzifəsində işləyib.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent, 2011-ci ildən dosent-məsləhətçi vəzifəsində işləyir.
Ailəlidir, iki övladı var.