Moskva Dövlət Humanitar İqtisad Universitetinin ikili diplom proqramına qəbul başlayıb

28 İYUN 2020 | VIEWS:

MDHİU_2806202020/2021-ci tədris ili üzrə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul başlayıb.

Proqramda UNEC-in Rus İqtisad Məktəbinin bütün ixtisasları üzrə I kursu bitirən tələbələri iştirak edə bilər.

Proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə “Mühasibat uçotu” ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi – bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.

Qəbul şərtləri:

– UNEC-in Rus İqtisad Məktəbininin birinci kursunu başa vurmalı;
– Minimum orta bal (ÜÖMG) – 71 bal;
– Rus dilini sərbəst bilməlidir.

Sənədlər bir fayl şəklində (PDF formatında) aşağıdakı ardıcılıqla təqdim olunmalıdır:

  1. Akademik transcript (azərbaycan dilində)
  2. CV (rus və ya azərbaycan dilində)
  3. Şəxsiyyət vəsiqəsi

Təhsil müddəti- 1 il
Tədris dili – Rus dili
Qeydiyyat haqqı – yoxdur

Son müraciət tarixi – 15 avqust 2020-ci il

Məlumat əldə etmək və sənədləri təqdim etmək üçün:
Svetlana Məmmədova, RİM-in direktor müavini
E-mail: [email protected]

http://news.unec.edu.az/xeber/105-telebe/6615-bold-red-moskva-dovlet-humanitar-igtisad-universitetinin-ikili-diplom-programina-gebul-bashlayib-bold-red

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino