1976-cı ildə anadan olub.
1999-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Ümumi iqtisadiyyat fakültəsinin bakalavr pilləsini, 2001-ci ildə mağistratura pilləsini, 2007-ci ildə dissertanturanı bitirmişdir.
2000-2009-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetin Elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir.
2009-cı illərdə “Mühasibat uçotu” kafedrasına keçirilmişdir, eyni zamanda həmin illərdə “Maliyyə” kafedrasında saathesabı müəllim kimi işləmişdir.
2014-cü ildən “Maliyyə və maliyyə institutları” kafedrasının assistenti vəzifəsində işləyib.
Hazırda həmin kafedranın müəllimidir.
Hazırda “Büdcə-vergi mexanizminin təkmilləşdirilməsinin iqtisadi problemləri” mövzusunda dissertasiya işini tamamlamışdır. Müvafiq qaydada doktorluq imtahanlarını müvəffəqiyyətlə vermiş və 7 məqalə,13 tezisi dərc olunmuşdur.